Ev ÖlkəWSJ: Vaşinqton Ermənistanı Azərbaycanla sülhə razı salmaq üçün vəd verdi

WSJ: Vaşinqton Ermənistanı Azərbaycanla sülhə razı salmaq üçün vəd verdi

by Baş Redaktor
8 Baxış

ABŞ administrasiyasının Ermənistanı Azərbaycanla sülh sazişi imzalamağa təşviq etmək üçün İrəvana iqtisadi və texnoloji imkanlar təklif etdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bildirilib ki, bu təşviqlərdən biri Ermənistana “Nvidia” çiplərinin alınması ilə bağlı daha geniş icazələrin verilməsi olub.

Məlumata görə, sözügedən imkan Razdanda fəaliyyət göstərən “Firebird” süni intellekt mərkəzinin inkişafı ilə əlaqələndirilir.

banner

ABŞ tərəfi hesab edir ki, Ermənistanla daha sıx iqtisadi əməkdaşlığın qurulması və əlavə imkanların yaradılması İrəvanın Azərbaycanla sülh yolu ilə razılaşmaya getmək ehtimalını artıra bilər.

“Firebird” layihəsinin iştirakçıları isə gələn ilin sonuna qədər məlumat mərkəzində “Nvidia”nın yeni nəsil “Grace Blackwell” və “Vera Rubin” platformaları əsasında hazırlanmış 70 min süni intellekt serverinin yerləşdirilməsini planlaşdırırlar.

Əlaqəli Yazılar Xüsusi