Ev ÖlkəNəsimi Musayev harada saxlanılır? Köçəryanla bağlı diqqətçəkən detal

Nəsimi Musayev harada saxlanılır? Köçəryanla bağlı diqqətçəkən detal

by Baş Redaktor
55 Baxış

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev keçmiş prezident Robert Köçəryanın olduğu kameranın yaxınlığındakı kamerada yerləşdirilib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu oktyabrın 1-də Nəsimi Musayevin axtarışa verilməsi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 26 sentyabr 2026-cı ildə hərbi qulluqçunun xidmət yerində olmadığı və yerinin müəyyənləşdirilmədiyi məlum olub. Bundan sonra Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən axtarış tədbirlərinə başlanılıb.

Faktla bağlı Hərbi Prokurorluqda aparılan araşdırma zamanı Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr yaranıb. Toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

banner

Rəsmi məlumata əsasən, həyata keçirilən axtarış tədbirləri nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və bu ölkənin müvafiq qurumları tərəfindən saxlanıldığı müəyyən edilib.

Əlaqəli Yazılar Xüsusi