Ev Dünyaİran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil – Rezayi

İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil – Rezayi

by Baş Redaktor
51 Baxış

İran zənginləşdirilmiş uranın ölkə ərazisindən çıxarılmasına razı olmayacaq. Tehranın mövqeyinə görə, nüvə materialları ölkədə saxlanılacaq və daxili məqsədlər üçün istifadə ediləcək.

Army.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi açıqlama verib.

Onun sözlərinə görə, Tehran bu mövqeyini rusiyalı tərəfdaşlarına da çatdırıb. Rezayi bildirib ki, İran zənginləşdirilmiş urandan nüvə mühərrikli gəmilərin və sualtı qayıqların hazırlanması istiqamətində istifadə etməyi planlaşdırır.

İran rəsmisi ölkəsinin elektron müharibə imkanlarının da yüksək səviyyəyə çatdığını iddia edib. O bildirib ki, İran ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarını ələ keçirmək və məhv etmək imkanına malikdir.

banner

Əlaqəli Yazılar Xüsusi