ABŞ bayrağı altında olan iki ticarət gəmisi Hörmüz boğazının cənub hissəsində “ilişib qalıb” və oradan çıxa bilmir.
Army.az xəbər verir ki, bu barədə “Fars Nyus” məlumat yayıb.
Bildirilib ki, gəmilərin hərəkəti Oman sahillərinə yaxın ərazidə yerləşən qayalı relyef səbəbindən mümkün olmur.
Eyni mənbə Füceyrə limanında baş verən yanğını ABŞ ordusunun “qəsdən təşkil etdiyi addım” kimi qiymətləndirib və bunun Hörmüz boğazının qadağan olunmuş hissələrindən qanunsuz keçid yaratmaq məqsədi daşıdığını iddia edib.
