Ev ÖlkəRusiyadan Ermənistana növbəti yük Azərbaycandan keçdi –770 ton buğda göndərildi

Rusiyadan Ermənistana növbəti yük Azərbaycandan keçdi –770 ton buğda göndərildi

by Baş Redaktor
26 Baxış

Rusiyadan Ermənistana növbəti buğda yükü Azərbaycan ərazisi vasitəsilə tranzit qaydasında yola salınıb.

Army.az xəbər verir ki, ümumi çəkisi 770 ton olan yük 11 vaqonla Balacarı stansiyasından yola düşərək Böyük Kəsik istiqamətində hərəkət edib. Daha sonra qatar Gürcüstan üzərindən Ermənistana çatdırılacaq.

Məlumata görə, indiyədək Azərbaycan ərazisi ilə Rusiyadan Ermənistana 34 min tondan çox taxıl, təxminən 8 min ton gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq414 ton antrasit daşınıb.

Bundan başqa, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək bu ölkəyə 14 min tondan artıq dizel yanacağı, eləcə də təxminən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin göndərilib.

banner

Əlaqəli Yazılar Xüsusi