İranın xarici işlər naziri Abbas Əraqçi Bağdada səfəri zamanı İraq hökumətinə və xalqına Tehrana göstərdikləri dəstəyə görə təşəkkür edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, bu, ABŞ və İsrailin İrana qarşı hücumlarından, eləcə də sonrakı hadisələrdən sonra onun İraqa ilk səfəridir.
Nazirin sözlərinə görə, səfərin əsas məqsədi İraq rəhbərliyinin və xalqının İrana dəstəyini, eləcə də hücumları pisləyən mövqeyini yüksək qiymətləndirməkdir.
