Ev GündəmPezeşkian ABŞ-a mesaj verdi: “Onlar əməl etsə, biz də edəcəyik”

Pezeşkian ABŞ-a mesaj verdi: “Onlar əməl etsə, biz də edəcəyik”

by Baş Redaktor
44 Baxış

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın memorandum üzrə öhdəliklərinə əməl edəcəyi halda Tehranın da razılaşmaya sadiq qalacağını bildirib.

Army.az xəbər verir ki, bu barədə Pezeşkian “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada vurğulayıb.

O bildirib ki, əldə olunan razılaşma yalnız bir tərəfin deyil, hər iki tərəfin məsuliyyət daşıdığı prosesdir:

“Əgər Amerika tərəfi razılaşmanın şərtlərinə riayət etsə, İran da öz öhdəliklərini yerinə yetirəcək”.

banner

İran prezidenti əlavə edib ki, Tehran ABŞ tərəfindən səsləndirilən “məntiqsiz təzyiqlər” və “əsassız təhdidlər” qarşısında emosional deyil, rasional yanaşma nümayiş etdirməyə çalışır.

Əlaqəli Yazılar Xüsusi