Ev TexnologiyaABŞ ən yeni raketini sınaqdan keçirdi – Hədəf gəmi bir zərbəyə məhv edildi

ABŞ ən yeni raketini sınaqdan keçirdi – Hədəf gəmi bir zərbəyə məhv edildi

by Baş Redaktor
36 Baxış

ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanda keçirilən hərbi təlim zamanı “B-2 Spirit” strateji bombardmançısından buraxılan “LRASM” uzunmənzilli gəmi əleyhinə raketin hədəfi uğurla vurduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Qlobal Zərbə Komandanlığı “X” platformasında paylaşım edib.

Məlumata görə, sınaq zamanı raket hədəf gəmini məhv edib və bununla “B-2 Spirit” təyyarəsinin uzaq məsafələrdə yüksək dəqiqliklə zərbə endirmək imkanları bir daha nümayiş etdirilib.

Komandanlıq bildirib ki, “LRASM” raketi hazırda ABŞ ordusunun dənizdə uzaqmənzilli hücum imkanlarının əsas elementlərindən biri hesab olunur və potensial rəqiblərə qarşı strateji üstünlüyün qorunmasında mühüm rol oynayır.

banner

Əlaqəli Yazılar Xüsusi