ABŞ Prezidenti Donald Tramp ölkədə fəaliyyət göstərən yanacaq şirkətlərini benzinin qiymətini dərhal endirməyə çağırıb.
Army.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
O bildirib ki, dünya bazarında neftin bir barelinin qiyməti 68 dollara qədər enib və azalma tendensiyası davam edir:
“Buna baxmayaraq ABŞ-da benzinin satış qiyməti əsassız şəkildə yüksək olaraq qalır”.
ABŞ lideri yanacaq satıcılarından operativ addım atmağı tələb edərək qiymətlərin təcili şəkildə aşağı salınmalı olduğunu vurğulayıb.
Tramp, həmçinin qiymətlərin süni şəkildə yüksək saxlanılmasının qəbuledilməz olduğunu bildirib və belə halların qanun pozuntusu kimi qiymətləndiriləcəyini deyib.
