Ukrayna Silahlı Qüvvələrinin Polşa istehsalı Krab özüyeriyən artilleriya qurğusunu itirdiyi bildirilir.
Army.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin gündəlik brifinqində verilən məlumata görə, sözügedən artilleriya sistemi Rusiya hərbçilərinin zərbəsi nəticəsində sıradan çıxarılıb.
155 millimetrlik Krab özüyeriyən haubitsası 40 kilometrədək məsafədəki hədəfləri vurmaq imkanına malikdir və dəqiqədə altı atəş aça bilir. Sistem NATO ölkəsində müxtəlif dövlətlərin texnologiyalarından istifadə edilməklə hazırlanıb. Onun konstruksiyasında Cənubi Koreya istehsalı şassi, Böyük Britaniyanın qülləsi və Polşanın atəşə nəzarət sistemi tətbiq olunub.
Rusiya Müdafiə Nazirliyi həmçinin Ukrayna ordusuna məxsus iki zirehli döyüş maşınının və 19 avtomobilin vurulduğunu açıqlayıb.
Məlumata görə, döyüşlər zamanı üç ədəd səhra artilleriya qurğusu da sıradan çıxarılıb. Onların arasında ABŞ istehsalı AN/TPQ-50 əks-batareya radar stansiyasının olduğu qeyd edilib.
Rusiya MN bütün bu hərbi texnikanın “Qərb” qoşun qruplaşmasının hərbçiləri tərəfindən məhv edildiyini bildirib.
