Ev GündəmRüstəm Nəbiyev qəzaya düşdü

Rüstəm Nəbiyev qəzaya düşdü

by Baş Redaktor
9 Baxış

Rusiyalı idmançı və bloqer Rüstəm Nabiyev Tula vilayətindən Moskvaya gedərkən yol-nəqliyyat hadisəsi keçirib.

Army.az xəbər verir ki, bu barədə o, “Maks” platformasındakı hesabında məlumat yayıb.

Nabiyevin sözlərinə görə, qəza zamanı o, minik avtomobilinin arxa oturacağında olub. Zərbə sol çiyninə dəyib və hazırda qolunun hərəkət imkanları məhdudlaşıb.

İdmançı bildirib ki, qəzaya avtomobilin sürücüsü səbəb olub. Sürücü məsafəni qorumayıb, vaxtında əyləci basa bilməyib və qarşıda hərəkət edən, içərisində üç uşağın olduğu avtomobilə çırpılıb. Hadisə nəticəsində xoşbəxtlikdən heç kim ciddi xəsarət almayıb.

banner

Qeyd edək ki, Rüstəm Nabiyev mayın 21-də yalnız əllərinin gücü ilə Everestə qalxdığını açıqlamışdı. O, aprelin 7-də Rusiyadan Nepala yola düşüb. İdmançı səfərin risklərini nəzərə alaraq ailəsinin hüquqi müdafiəsini təmin etmək üçün vəsiyyətnamə hazırlayıb və tikilməkdə olan evlə bağlı borclarını ödəyib.

Əlaqəli Yazılar Xüsusi