Ev Hərbi Xəbərlərİrana qarşı növbəti hava əməliyyatı: Hərbi obyektlər hədəfə alındı

İrana qarşı növbəti hava əməliyyatı: Hərbi obyektlər hədəfə alındı

by Baş Redaktor
15 Baxış

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı həyata keçirilən növbəti hava zərbələri seriyasının başa çatdığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə CENTCOM “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbçiləri İrana qarşı əməliyyatların ardıcıl səkkizinci gecəsində yeni zərbələr endirib.

Komandanlığın məlumatına görə, hücumlar zamanı İranın sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə obyektləri, hərbi dəniz qüvvələrinə məxsus vasitələr, həmçinin raket və pilotsuz uçuş aparatlarının saxlandığı anbarlar hədəfə alınıb.

banner

Əlaqəli Yazılar Xüsusi