Ev GündəmYeni COVID ştammı adi soyuqdəymə kimi başlayır: ÜST-dən xəbərdarlıq

Yeni COVID ştammı adi soyuqdəymə kimi başlayır: ÜST-dən xəbərdarlıq

by Baş Redaktor
56 Baxış

COVID-19-un PJ.2.1 adlı yeni variantına yoluxan şəxslərdə müşahidə edilən əlamətlər qrip və adi soyuqdəymə ilə oxşarlıq təşkil edə bilər. Bu səbəbdən virusun dəqiq müəyyənləşdirilməsi üçün laborator testlərin aparılması tövsiyə olunur.

Army.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri Rusiya mediasına açıqlama veriblər.

Qurumdan bildirilib ki, COVID-19, qrip və digər respirator virus infeksiyaları oxşar simptomlarla özünü göstərə bilər. Buna görə də xəstəliyin hansı virusdan qaynaqlandığını yalnız əlamətlərə əsasən müəyyənləşdirmək mümkün deyil.

ÜST nümayəndələri vurğulayıblar ki, infeksiyanın səbəbinin bilinməsi müalicə taktikasına və ya ictimai səhiyyə ilə bağlı qərarlara təsir edəcəksə, test müayinəsi aparılmalıdır.

banner

Qeyd edək ki, təşkilat daha əvvəl PJ.2.1 koronavirus variantının dünya üzrə yayılma riskinin yüksəldiyini açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi