Ev GündəmPaşinyan : “Nəsimi bunu etməsəydi…”

Paşinyan : “Nəsimi bunu etməsəydi…”

by Baş Redaktor
44 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisinin Ermənistan ərazisində saxlanılması məsələsinə münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan jurnalistlərə açıqlamasında qeyd edib ki, azərbaycanlı hərbçi atəş açmasaydı, onun elə həmin gün geri qaytarılması mümkün olardı:

“Bu, özlüyündə problemdir. Lakin düşünmürəm ki, hadisə hansısa formada sülh prosesini təhlükə altına atsın”.

banner

Baş nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında artıq sülh bərqərar olub.

Paşinyan Ermənistan parlamentində azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı aparılan müzakirələrə də toxunub. O, bu müzakirələrdən narahatlığını ifadə edərək mümkün analoji vəziyyətə diqqət çəkib.

“Allah eləməsin, bizim hərbçimiz səhvən Azərbaycan ərazisinə keçsə, həmin qiymətləndirmələrə əsaslanan reaksiyanı görəcəyik. Sonra da deyəcəklər: “Deməli, sülh bu imiş?” – Ermənistan hökumətinin başçısı bildirib.

Əlaqəli Yazılar Xüsusi