Ev İqtisadiyyatAvropanın qaz mərkəzindən diqqətçəkən mesaj: Qadağanı təxirə salın

Avropanın qaz mərkəzindən diqqətçəkən mesaj: Qadağanı təxirə salın

by Baş Redaktor
28 Baxış

Avropa İttifaqı Rusiyadan qaz idxalına qadağanın tətbiqini tələsdirməməlidir.

Army.az xəbər verir ki, bu fikri İspaniyanın Bilbao limanının rəhbəri İvan Ximenes səsləndirib.

Avropanın əsas qaz qovşaqlarından birinə rəhbərlik edən Ximenes hesab edir ki, Rusiya enerji resurslarının idxalının azaldılması Aİ-ni alternativ olaraq ABŞ-dən daha çox asılı vəziyyətə sala bilər:

“Belə bir ssenari Avropa üçün ciddi strateji problem yarada bilər”.

banner

Ximenes, həmçinin Vaşinqtonun Brüsselə təzyiqləri artıraraq Rusiyadan qaz alışının tam dayandırılmasına və əvəzində ABŞ-dən tədarükün genişləndirilməsinə çalışacağını da istisna etməyib.

Qaz İxrac Edən Ölkələr Forumunun məlumatına görə, 2026-cı ilin may ayında Avropa İttifaqında qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 19 milyard kubmetrə yüksəlib.

Əlaqəli Yazılar Xüsusi