Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı həyata keçirilən son hərbi əməliyyatlar zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiG-29 qırıcısının məhv edildiyini iddia edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, zərbələr nəticəsində dəniz katerlərinin yerləşdiyi bazalar, yanacaq-enerji infrastrukturuna aid obyektlər və Ukrayna ordusunun, eləcə də xarici döyüşçülərin yerləşdiyi 141 müvəqqəti dislokasiya məntəqəsi də hədəfə alınıb.
Ukrayna tərəfi isə Rusiya Müdafiə Nazirliyinin bu açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.
