Ev Hərbi TexnologiyaF-16-larla bağlı sensasion qiymətləndirmə: MiQ-29-dan üstün deyil

F-16-larla bağlı sensasion qiymətləndirmə: MiQ-29-dan üstün deyil

by Baş Redaktor
14 Baxış

ABŞ-ın Ukraynaya verdiyi F-16 qırıcıları sovet istehsalı olan MiQ-29 təyyarələrinin yerini tam doldura bilməyib.

Army.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” yazıb.

Nəşr bu qənaəti Rusiyanın Nikolayev vilayətindəki hərbi aerodroma endirdiyi zərbəni şərh edərkən irəli sürüb.

Məqalədə bildirilir ki, Ukraynaya təhvil verilən F-16Mirage 2000 qırıcıları müasir Rusiya döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri ilə effektiv mübarizə aparmaq imkanlarına malik deyil. Bu səbəbdən onların əsasən cəbhə xəttindən uzaq ərazilərdə istifadə edildiyi qeyd olunur.

banner

Nəşrin iddiasına görə, Ukraynaya göndərilən F-16-lar Soyuq müharibə dövrünə aid köhnə modifikasiyalardır və daha çox sayda təmin olunmaları istisna olmaqla, MiQ-29 üzərində ciddi üstünlüyə malik deyillər.

Əlaqəli Yazılar Xüsusi