Ukrayna Silahlı Qüvvələri (Ukrayna) bu yay və ya payızda Moskvanı Ukrayna ballistik raketləri ilə vurmağa cəhd edə bilər.
Army.az xəbər verir ki, bu barədə Flamingo raketlərini hazırlayan Fire Point şirkətinin həmtəsisçisi və baş dizayneri Denis Ştilerman məlumat verib.
Onun sözlərinə görə, sistemlərin tam işlək olduğu təsdiqlənərsə, növbəti sınaq uçuşlarının Moskva istiqamətinə yönəlməsi mümkündür.
Ştillerman əlavə edib ki, Ukrayna 10–20 ədəd raket istehsal edərək onların real döyüş şəraitində istifadə imkanlarını yoxlaya bilər və bu çərçivədə Rusiya paytaxtında “strateji obyektlərin” hədəfə alınması ehtimalı nəzərdən keçirilir.
Digər tərəfdən, daha əvvəl Moskva yaxınlığında dron hücumlarının intensivləşdiyi də bildirilmişdi. Rusiya rəsmiləri 17 may tarixində paytaxt istiqamətində 130-dan çox pilotsuz aparatın vurulduğunu, hücum nəticəsində mülki itkilərin də qeydə alındığını açıqlamışdı.
