Leninqrad vilayətində pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulan lazer sistemi sınaqdan keçirilib.
Army.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Telegram kanalında məlumat yayılıb.
Bildirilib ki, sınaqlar zamanı hərbi-sənaye kompleksi nümayəndələri ilə birlikdə yolsuzluq avtomobilinin bazasında hazırlanmış mobil lazer qurğusundan istifadə olunub.
Qurumun məlumatına əsasən, sistem dronların, o cümlədən kopter tipli PUA-ların zərərsizləşdirilməsi məqsədilə döyüş şəraitinə mümkün qədər yaxın mühitdə sınaqdan keçirilib.

