Ev TexnologiyaCənubi Koreyanın müasir zirehli texnikası Peruya çatdı

Cənubi Koreyanın müasir zirehli texnikası Peruya çatdı

by Baş Redaktor
58 Baxış

Cənubi Koreyada istehsal olunan K2 “Black Panther” əsas döyüş tankları və K808 8×8 zirehli transportyorlarından ibarət ilk hərbi texnika partiyası Peruya çatdırılıb.

Army.az xəbər verir ki, yük Peruya aid Kallao limanına gətirilib.

Limanda qeydə alınan texnikalar arasında azı iki ədəd K2 “Black Panther” əsas döyüş tankı və altı ədəd K808 zirehli transportyorun olduğu bildirilir.

Ekspertlərin qiymətləndirməsinə görə, bu tədarük Cənubi Koreyanın Peru müdafiə sektorunda mövqeyini gücləndirmək və iki ölkə arasında hərbi-texniki əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımların artıq icra mərhələsinə keçdiyini göstərir.

banner

Əlaqəli Yazılar Xüsusi