Ev TexnologiyaABŞ-dan Türkiyəyə F-35 zərbəsi: Yol hələ də bağlıdır

ABŞ-dan Türkiyəyə F-35 zərbəsi: Yol hələ də bağlıdır

by Baş Redaktor
29 Baxış

ABŞ Dövlət Departamenti Konqresə göndərdiyi məktubda Türkiyənin F-35 qırıcılarının satışına imkan verən tələbləri hələ də yerinə yetirmədiyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, Dövlət Departamenti 22 iyul tarixində Konqresə ünvanladığı məktubda ABŞ qanunvericiliyinə əsasən, Türkiyənin Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemlərinə və onlarla əlaqəli avadanlıqlara sahib olduğu müddətdə Ankaraya F-35 qırıcılarının verilməsinin qadağan edildiyini vurğulayıb.

Məktubda qeyd olunub ki, Türkiyənin F-35 proqramına qayıtması üçün S-400 sistemlərini gələcəkdə əldə etməyəcəyinə dair öhdəlik götürməsi, eləcə də Konqres tərəfindən müəyyən edilmiş digər sertifikatlaşdırma tələblərinə cavab verməsi zəruridir.

banner

Əlaqəli Yazılar Xüsusi