“Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusunun ümumi itkiləri 1,6 milyon nəfərə çatıb”.
Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, bu itkilərin təxminən 700 min nəfəri həlak olanlardır.
Zelenski vurğulayıb ki, Ukrayna müharibədə məğlub olmur, eyni zamanda Rusiya da qələbə qazana bilmir.
“Biz uduzmuruq, ruslar isə qalib gəlmir. Əsas məsələ odur ki, təşəbbüs Rusiyanın əlində deyil”, – deyə Ukrayna Prezidenti bildirib.
