Fransa İspaniya ilə dövlət sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib.
Army.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünes RTL radiosuna müsahibəsində bildirib.
Nazir qeyd edib ki, qərar İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya kütləvi miqrant axını fonunda qəbul edilib.
“Fransa-İspaniya sərhədinə nəzarət edirik. Üstəlik, son aylarda bu nəzarət daha da gücləndirilib və orada daimi əsasda mobil bölmə yerləşdirilib”, – deyə Nünes bildirib.
İspaniya mediasının məlumatına görə, son günlər minlərlə miqrant Afrikanın şimal sahillərində yerləşən İspaniyanın Seuta şəhərinə daxil olub. Şəhərə gələnlərin dəqiq sayı açıqlanmasa da, Seutaya çatmağa cəhd zamanı azı 19 nəfərin həlak olduğu bildirilir.
