Ev DünyaTrampın Türkiyədən uçuşu niyə gizli əməliyyata çevrildi?

Trampın Türkiyədən uçuşu niyə gizli əməliyyata çevrildi?

by Baş Redaktor
52 Baxış

ABŞ və İsrail kəşfiyyatı İranın ABŞ prezidenti Donald Trampın Türkiyədən uçuşu zamanı onun təyyarəsinə daşınan zenit-raket kompleksi (DZRK/PZRK) vasitəsilə zərbə endirmək planından xəbərdar olub.

Army.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Kəşfiyyat məlumatlarından xəbərdar olan rəsmilərin sözlərinə görə, ən pis ssenaridə daşınan zenit-raket kompleksi təyyarənin havaya qalxdığı hava limanından təxminən 0,5 mil (804 metr) məsafədə yerləşdirilə bilərdi. Bu isə uçuş zamanı prezidentin təyyarəsini təhlükə qarşısında qoya bilərdi.

ABŞ rəsmilərinin bəziləri ehtimal olunan sui-qəsd planını praktiki baxımdan həyata keçirilməsi çətin, inandırıcı olmayan və hətta mümkünsüz hesab ediblər. Türkiyəli rəsmilər isə regiondakı həmkarlarına Trampın DZRK hücumu ilə üzləşdiyini təsdiqləyən heç bir dəlil aşkar etmədiklərini bildiriblər.

banner

Əlaqəli Yazılar Xüsusi