Ev DünyaPrezident təyyarəsində gözlənilməz səhv: “Tramp qəzaya düşəcəkdi?”

Prezident təyyarəsində gözlənilməz səhv: “Tramp qəzaya düşəcəkdi?”

by Baş Redaktor
32 Baxış

ABŞ Prezidenti Donald Trampın Texasın Dallas şəhərinə səfəri öncəsi prezident təyyarəsində qeyri-adi insident yaşanıb.

Army.az xəbər verir ki, təyyarənin göyərtəsində fövqəladə vəziyyət zamanı istifadə olunan şişmə evakuasiya trapı gözlənilmədən açılıb.

Hadisənin ABŞ hərbi personalından birinin səhvi nəticəsində baş verdiyi bildirilir.

İnsident Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında baş verib və nəticədə Trampın Dallas istiqamətində uçuşu qısa müddətə təxirə salınıb.

banner

Prezident hadisə ilə bağlı jurnalistlərə danışarkən trapın açılmasını təyyarənin təhlükəsizlik sisteminin yoxlanılması ilə izah edib. Tramp bildirib ki, sistemin düzgün işlədiyinə əmin olmaq üçün yoxlama aparılır.

Lakin “The New York Times”a danışan mənbənin sözlərinə görə, trap planlaşdırılmış yoxlama çərçivəsində deyil, hərbi köməkçilərdən birinin səhvi nəticəsində işə düşüb.

İnsidentdən sonra trap təyyarədən çıxarılıb və uçuşun həyata keçirilməsinə mane olan problem aradan qaldırılıb.

Əlaqəli Yazılar Xüsusi