Ev Hərbi XəbərlərÇernobıl istiqamətində sirli torlar peyda oldu – cəbhədə vəziyyət gərginləşir

Çernobıl istiqamətində sirli torlar peyda oldu – cəbhədə vəziyyət gərginləşir

by Baş Redaktor
32 Baxış

Ukrayna Belarus sərhədi istiqamətində müdafiə tədbirlərini gücləndirir. Çernobıl istiqamətində bəzi yollarda PUA-lara qarşı xüsusi torlar quraşdırılıb.

Army.az xəbər verir ki, bu barədə “Kyiv Post” məlumat yayıb.

Antidron maneələri Kiyev vilayətində, Belarus sərhədinə yaxın ərazilərdə Çernobıla aparan yollarda müşahidə olunub. Məlumata görə, qurğular Ukraynanın həmin istiqamətdə həyata keçirdiyi daha genişmiqyaslı müdafiə hazırlıqları çərçivəsində quraşdırılır.

Bu tip müdafiə vasitələrindən daha əvvəl cəbhə xəttinə yaxın ərazilərdə də istifadə edilib.

banner

Xüsusi torlar yolun üzərində hündür metal dirəklər vasitəsilə qurulur və hərəkət edən nəqliyyat vasitələri ilə piyadaların üzərində qoruyucu örtük yaradır. Məqsəd aşağıdan uçan FPV tipli PUA-ların hədəfə çatmasının qarşısını almaqdır.

Müəyyən hallarda uçan aparat torlara ilişərək hərəkət qabiliyyətini itirə, yaxud da üzərindəki partlayıcının hədəfə çatmadan işə düşməsinə səbəb ola bilər. Bu cür sistemlərin həm zərbə, həm də kəşfiyyat məqsədli PUA-lara qarşı istifadə oluna bildiyi qeyd edilir.

Əlaqəli Yazılar Xüsusi