49
Nyu-York birjasında qızılın qiymətində cüzi bahalaşma qeydə alınıb.
Army.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçersləri 0,02 faiz yüksələrək unsiya üçün 4 462 dollara çatıb.
Qiymətli metallar bazarında gümüş isə əks istiqamətdə hərəkət edib. Gümüşün unsiya üzrə fyuçerslərinin qiyməti 0,57 faiz azalaraq 68,25 dollar təşkil edib.