Dağıstanın paytaxtı Mahaçqala gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Army.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata əsasən, sentyabrın 10-na keçən gecə baş verən hücum zamanı PUA qalıqlarının düşməsi bir sıra obyektlərdə yanğına səbəb olub.
Hadisə nəticəsində şəhərin dəniz limanında və Avar teatrında yanğın qeydə alınıb. Fövqəladə hallar xidmətlərinin müdaxiləsindən sonra alovun qarşısı alınıb. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Mahaçqala limanı Rusiyanın Xəzər dənizində yerləşən yeganə dərin sulu və ilboyu fəaliyyət göstərən limanı hesab olunur. Obyektin illik neft və neft məhsulları üzrə ixrac gücü 7,9 milyon tona qədərdir.
