Dünya əmtəə bazarlarında təbii qazın qiymətində artım qeydə alınıb.
Army.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən NYMEX əmtəə birjasında təbii qaz üzrə fyuçerslərin qiyməti 1,46% yüksəlib.
Nəticədə 1 milyon BTU (Britaniya istilik vahidi) qazın dəyəri 2,7730 ABŞ dollarına çatıb.
Avropa bazarında da oxşar dinamika müşahidə olunub. Niderlandın “Title Transfer Facility” (TTF) platformasında təbii qazın 1 meqavat-saatının qiyməti 0,87% artaraq 65,87 avroya yüksəlib.
