ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib. O, strateji su yolunu artıq ABŞ ərazisi kimi qəbul etdiyini bildirib.
Army.az xəbər verir ki, Tramp bu barədə Cənubi Karolinanın Mirtl-Biç şəhərində tərəfdarları ilə görüşü zamanı çıxış edərkən danışıb.
ABŞ lideri İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun müdaxiləsinin əsas məqsədlərindən biri də Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.
“İranın nüvə silahı əldə etməsinə imkan verə bilmərik. Əks halda nəticələri çox ağır ola bilər. Buna görə müdaxilə etdik və onları dayandırdıq. Onların heç vaxt nüvə silahı olmayacaq”, – Tramp qeyd edib.
