Almaniya Kansleri Fridrix Merz Ukraynaya göstərilən dəstək və Rusiyanın Almaniyaya qarşı həyata keçirdiyi hibrid fəaliyyətlərlə bağlı ölkəsinin mövqeyinin dəyişməyəcəyini bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Merz bəyan edib ki, Almaniya Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsini bundan sonra da dəstəkləmək əzmindədir.
Kansler rəhbərlik etdiyi hökumətin Ukraynaya yardım məsələsində üzərinə düşən bütün addımları atdığını qeyd edib. O, həmçinin bu siyasətin davam etdirilməsinin vacibliyini cəmiyyətə izah etmək üçün səylərini artıracağını vurğulayıb.
Merzin sözlərinə görə, hazırda Ukraynaya dəstək məsələsi həm Almaniyada, həm də Avropa İttifaqı daxilində geniş müzakirə olunur. O, bu mövzuda daha ehtiyatlı mövqedə olan yanaşmaların da mövcudluğunu etiraf edib.
