Ev DünyaVaşinqton husilərlə birbaşa danışır – Vens

Vaşinqton husilərlə birbaşa danışır – Vens

by Baş Redaktor
21 Baxış

ABŞ administrasiyası Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husi) hərəkatı ilə birbaşa təmaslar qurub.

Army.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlayıb.

Vensin sözlərinə görə, Vaşinqton husilərlə danışıqları birbaşa formatda davam etdirir və bu səbəbdən regiondakı vəziyyətə nəzarət etdiyini düşünür.

ABŞ rəsmisi bildirib ki, administrasiya bununla yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bölgədə baş verən proseslərdən təsirlənən digər dövlətlərlə də mütəmadi əlaqə saxlayır.

banner

Vens Yaxın Şərqdə vəziyyətin sürətlə dəyişdiyini və proseslərin kifayət qədər dinamik olduğunu qeyd edib. O, Vaşinqtonun regiondakı hadisələri yaxından izləməyə davam edəcəyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi