Ev DünyaKörfəz dövlətlərindən Vaşinqtona : “Artıq sizə güvənmirik”

Körfəz dövlətlərindən Vaşinqtona : “Artıq sizə güvənmirik”

by Baş Redaktor
23 Baxış

ABŞ-İran müharibəsinin başlaması Fars körfəzi ölkələrinin Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə münasibətini dəyişib.

Army.az xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Yaxın Şərqdə davam edən müharibə Körfəz dövlətlərini ABŞ-ın regional siyasətinə yenidən baxmağa vadar edib. Ərəb ölkələrinin etirazlarına baxmayaraq, Vaşinqtonun İsraillə birlikdə bölgədə genişmiqyaslı qarşıdurmaya getməyə hazır olduğu qənaəti güclənib.

Körfəz ölkələri hesab edirlər ki, ABŞ ya yaranmış vəziyyətin nəticələrini idarə etmək iqtidarında deyil, ya da bunun üçün kifayət qədər siyasi iradə göstərmir.

banner

“Time” qeyd edir ki, region dövlətləri uzun müddətdir Vaşinqtonun İranla bağlı siyasətinin ardıcıllığına şübhə ilə yanaşırlar. Məqalədə ABŞ-nin müharibə ilə bağlı məqsədlərinin tez-tez dəyişdiyi vurğulanır.

Əlaqəli Yazılar Xüsusi