Ev DünyaAİ-dən Ukraynaya növbəti dəstək paketi – 6,6 milyard…

Aİ-dən Ukraynaya növbəti dəstək paketi – 6,6 milyard…

by Baş Redaktor
13 Baxış

“Avropa İttifaqına üzv ölkələr Ukraynaya ümumilikdə 6,6 milyard avro həcmində maliyyə və hərbi dəstəyin göstərilməsi ilə bağlı razılığa gəliblər”.

Army.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, ayrılacaq vəsaitin 900 milyon avroluq hissəsi Ukraynaya hərbi yardım göstərən Aİ missiyasının maliyyələşdirilməsinə yönəldiləcək.

Daha 1 milyard avro yeni hərbi texnikanın birgə satın alınmasına sərf olunacaq. Paket çərçivəsində nəzərdə tutulan digər 4,7 milyard avro isə üzv dövlətlərin çəkdiyi xərclərin kompensasiyasına ayrılacaq.

banner

Kallas qeyd edib ki, bəzi Aİ ölkələri artıq kompensasiya çərçivəsində əldə edəcəkləri vəsaiti birbaşa Ukraynaya yönəldəcəklərini açıqlayıblar.

Əlaqəli Yazılar Xüsusi