Ev DünyaTramp pələnglə güləşdi, sonra onu qucaqladı

Tramp pələnglə güləşdi, sonra onu qucaqladı

by Baş Redaktor
129 Baxış

ABŞ Prezidenti Donald Tramp süni intellekt vasitəsilə hazırlanmış, pələnglə güləşdiyi və sonda onu qucaqladığı videonu yayımlayıb.

Army.az xəbər verir ki, o, görüntüləri “Truth Social” platformasında paylaşıb.

Tramp əvvəlcə Böyük Britaniyadakı zooparklardan birində pələngin ziyarətçiyə ölümcül hücumunu əks etdirən kadrları yayımlayıb. O, videoya “Təbiətlə zarafat etmək olmaz!” şərhini əlavə edib.

Daha sonra ABŞ lideri 23 saniyəlik süni intellekt videosunu paylaşıb. Kadrlarda Tramp otun üzərində uzanaraq barmağı ilə pələngi hədələyir. Heyvan pəncəsi ilə ona toxunaraq uzaqlaşdıqda, prezident onun arxasınca qaçır və pələngi yerə yıxır. Video onların qucaqlaşması ilə yekunlaşır.

banner

Əlaqəli Yazılar Xüsusi