Moskvanın “Kiyevin terror aktları” kimi qiymətləndirdiyi hadisələr ABŞ tərəfindən diqqətlə araşdırılmalıdır.
Army.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Nazirin sözlərinə görə, Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması istiqamətində tərəflər arasında razılığın əldə olunmasına kömək göstərmək niyyətindədir və Rusiya belə təşəbbüslərə açıqdır.
Lavrov qeyd edib ki, Moskva bir müddət əvvəl Alyaskada əldə olunduğu bildirilən anlaşmaların əsas götürülməsinin tərəfdarıdır.
