Ukrayna dronları Rusiya nəzarətində olan Donetsk bölgəsi yaxınlığında logistika nəqliyyatını hədəf alıb.
Army.az xəbər verir ki, bu bardə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, pilotsuz uçuş aparatları cəbhə xəttindən 150 kilometrdən çox dərinliyə daxil olaraq zərbələr endirib və Rusiyaya məxsus bir neçə yük maşınını məhv edib.
Sıradan çıxarılan nəqliyyat vasitələrinin həm hərbi texnikanın hərəkətini, həm də digər logistika daşımalarını blokladığı qeyd olunur.
Analitiklər bildirirlər ki, bu cür zərbələr Ukrayna qüvvələrinin cəbhə arxasında orta dərinlikdə əməliyyat imkanlarını genişləndirdiyini göstərir.
Bu məqsədlə “Middle Strike” tipli hücum dronlarından istifadə edilir.
