Ev DünyaFon der Leyen: “Rusiya uduzduğu üçün Ukraynada mülki əhaliyə hücum edir”

Fon der Leyen: “Rusiya uduzduğu üçün Ukraynada mülki əhaliyə hücum edir”

by Baş Redaktor
136 Baxış

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın Ukraynaya qarşı müharibədə uğursuzluğa düçar olduğunu və bunun fonunda mülki əhaliyə və infrastruktura zərbələr endirdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı üzv ölkələr və tərəfdaşlarla birlikdə Ukraynanın raket hücumlarından müdafiə imkanlarının gücləndirilməsi üçün çalışır.

Fon der Leyen qeyd edib ki, məqsəd Ukraynaya insan itkilərinin qarşısını almaq üçün ehtiyac duyduğu vasitələri təmin etməkdir.

banner

Avropa Komissiyasının rəhbəri Ukraynanın müdafiəsinin gücləndirilməsinin Avropa İttifaqı üçün təcili prioritet olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi