Çin Xalq Respublikasının sədr müavini Xan Çjenin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib.
Army.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili məlumat verib.
Səfər proqramına əsasən, Çin rəsmisinin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.
Görüşlərdə iki ölkə arasında münasibətlərin və əməkdaşlığın müxtəlif istiqamətlərinin müzakirə olunacağı gözlənilir.
