Ev DünyaYaxın Şərqdə yeni hərbi blok: Üç ölkə tarixi saziş imzaladı

Yaxın Şərqdə yeni hərbi blok: Üç ölkə tarixi saziş imzaladı

by Baş Redaktor
167 Baxış

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında “Məkkə Sazişi” adlanan yeni üçtərəfli müdafiə razılaşması imzalanıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Saziş tərəflər arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, həmçinin mümkün xarici təhdidlərə qarşı koordinasiyalı fəaliyyət göstərilməsini nəzərdə tutur.

Türkiyə rəsmisinin açıqlamasına görə, razılaşma hər hansı dövlətə qarşı yönəlməyib və yalnız müdafiə xarakteri daşıyır. Bununla yanaşı, sənəd regionun digər ölkələrinin də qoşulması üçün açıq saxlanılıb.

banner

Müqavilənin əsas bəndlərindən biri kollektiv təhlükəsizlik prinsipidir. Bu prinsipə əsasən, iştirakçı ölkələrdən birinə edilən silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək və birgə cavab tədbirləri görüləcək.

Rəsmilər hesab edirlər ki, saziş regionda müdafiə sahəsində koordinasiyanı və strateji tərəfdaşlığı daha da gücləndirəcək.

Əlaqəli Yazılar Xüsusi