“Fevralın 28-də Tehrana endirilən hava zərbəsi zamanı ağır yaralanan Müctəba Xameneinin səhhəti son dərəcə ağır olaraq qalır”.
Army.az xəbər verir ki, bu barədə IranWire nəşri məlumat yayıb.
Nəşrin İran Prezidenti Məsud Pezeşkian administrasiyasına yaxın olduğunu bildirdiyi iki mənbənin sözlərinə görə, həkimlərin səylərinə baxmayaraq, Müctəba Xameneinin vəziyyətində müsbət dəyişiklik qeydə alınmayıb.
Mənbələr onun vəziyyətinin kritik olduğunu və hər an həyatını itirə biləcəyini iddia ediblər.
Rəsmi İran qurumları isə bu məlumatı hələlik nə təsdiqləyib, nə də təkzib edib. Buna görə də yayılan məlumat müstəqil şəkildə təsdiqlənməyib.
