Ev DünyaMüctəba Xamenei ağır yaralanmışdı? Pezeşkian açıqlama verdi

Müctəba Xamenei ağır yaralanmışdı? Pezeşkian açıqlama verdi

by Baş Redaktor
57 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Army.az xəbər verir ki, Pezeşkian CBS telekanalına müsahibəsində Xameneinin tibbi baxımdan tam sağlam olduğunu deyib.

“Xamenei tibbi baxımdan tam sağlamdır”, – deyə İran Prezidenti vurğulayıb.

ABŞ mediasında Müctəba Xameneinin ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı ağır xəsarət aldığı barədə məlumatlar yayılmışdı. İran tərəfi isə bu iddiaları təkzib edib.

banner

Pezeşkianın sözlərinə görə, Xameneinin üz və ayaqlarında yaranan xəsarətlər artıq sağalıb və hazırda onun səhhəti ilə bağlı ciddi problem yoxdur.

Əlaqəli Yazılar Xüsusi