ABŞ prezidenti Donald Tramp NATO çərçivəsində maliyyə yükünün ədalətsiz bölüşdürüldüyünü iddia edib.
Army.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.
O, ABŞ-ın alyansın maliyyələşdirilməsinə digər ölkələrlə müqayisədə daha çox vəsait ayırdığını, lakin bundan real fayda əldə etmədiyini bildirib.
Trampın sözlərinə görə, ABŞ NATO üçün təxminən 999 milyard dollar xərcləyir, bu göstərici Böyük Britaniyada 90,5 milyard dollar, Fransada 66,5 milyard dollar, İtaliyada 48,8 milyard dollar, Polşada isə 44,3 milyard dollar təşkil edir.
ABŞ prezidenti bu vəziyyəti “absurd” adlandıraraq, alyans daxilində maliyyə yükünün daha balanslı bölüşdürülməsinin vacibliyini vurğulayıb.
