Mərkəzi Afrika Respublikasının Sudanla həmsərhəd yerləşən Am-Dafok şəhəri silahlı qruplaşmaların nəzarətinə keçib.
Army.az xəbər verir ki, bu barədə “Ndeke Luka” radiosu məlumat yayıb.
Məlumata əsasən, silahlılar Sudan ərazisindən keçərək şəhərə daxil olub və nəzarəti ələ keçiriblər.
Hücumlar nəticəsində ən azı 28 nəfərin öldüyü bildirilir.Radioya danışan qaçqınlardan birinin sözlərinə görə, silahlı dəstələr sərhədi dəfələrlə keçərək şəhərə hücum edir, daha sonra geri çəkilir və qısa müddət sonra yenidən bölgəyə qayıdaraq hücumlarını davam etdirirlər.
