Ev Hərbi XəbərlərTürkiyə husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək verə bilər

Türkiyə husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək verə bilər

by Baş Redaktor
71 Baxış

Türkiyə Səudiyyə Ərəbistanının husilərin hücumlarından qorunmasına dəstək verməyə hazırdır. Lakin Ankara Yəməndə husilərə qarşı həyata keçiriləcək hücum əməliyyatlarına birbaşa qoşulmaq niyyətində deyil.

Army.az xəbər verir ki, “Al-Monitor” bu barədə Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.

Türkiyəli rəsmilərdən biri Məkkə sazişinin mahiyyət etibarilə müdafiə xarakterli razılaşma olduğunu bildirib:

“Səudiyyə Ərəbistanı ərazisinin mümkün hücumlardan qorunmasına yardım göstərilməsi Ankaranın Yəməndə davam edən vətəndaş müharibəsinə hərbi müdaxilə etməsi demək deyil.

banner

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri Nyu-Yorkda Məkkə sazişi çərçivəsində hərbi əməkdaşlığın institusional əsaslarının yaradılmasını müzakirə ediblər.

Planın ilkin mərhələsində Ər-Riyadda Məkkə Müdafiə İttifaqının daimi katibliyinin və ortaq hərbi qərargahının yaradılması nəzərdə tutulur”.

Əlaqəli Yazılar Xüsusi