Ev Hərbi XəbərlərAlmaniya Türkiyəyə “Patriot” sistemləri göndərir – NATO planı genişlənir

Almaniya Türkiyəyə “Patriot” sistemləri göndərir – NATO planı genişlənir

by Baş Redaktor
19 Baxış

Almaniya NATO-nun cənub-şərq cinahının gücləndirilməsi çərçivəsində yaxın həftələrdə Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcək.

Army.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Almaniya Silahlı Qüvvələri Türkiyə ordusu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək yeni “Patriot” hava və raketdən müdafiə əməliyyat qrupu formalaşdıracaq.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Berlin NATO çərçivəsində daha geniş məsuliyyət götürür:

banner

“Almaniyanın “Patriot” bölməsi və təxminən 150 hərbçi Türkiyədə hazırda yerləşən ABŞ qüvvələrini əvəz edəcək”.

Əlaqəli Yazılar Xüsusi