Ev Hərbi XəbərlərRusiya ordusu nüvə hazırlığı üzrə hərbi manevrlərə start verir

Rusiya ordusu nüvə hazırlığı üzrə hərbi manevrlərə start verir

by Baş Redaktor
27 Baxış

19–21 may tarixlərində strateji nüvə qüvvələrinin hazırlığı ilə bağlı genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlərə Rusiya Strateji Raket Qüvvələri, uzaqmənzilli aviasiya bölmələri, eləcə də müxtəlif hərbi dəniz və hava qüvvələri cəlb olunacaq.

Ümumilikdə təlimlərdə 200-dən çox raket qurğusu, 140 təyyarə, 73 gəmi və 13 sualtı qayığın iştirak edəcəyi gözlənilir.

banner

Bundan əlavə, Rusiya və Belarus ərazisində yerləşdirilən nüvə silahlarının tətbiqi ilə bağlı ayrıca hazırlıq mərhələlərinin də sınaqdan keçiriləcəyi qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi