Ev Hərbi XəbərlərUkraynaya bir həftədə 1 590 aviabomba atıldı – Zelenski rəqəmləri açıqladı

Ukraynaya bir həftədə 1 590 aviabomba atıldı – Zelenski rəqəmləri açıqladı

by Baş Redaktor
58 Baxış

Rusiya qüvvələri son yeddi gün ərzində Ukraynaya 2 300-dən çox hücum PUA-sı, 1 590 aviabomba və müxtəlif növ 15 raketlə zərbələr endirib. Hücumlar nəticəsində azı 16 nəfər yaralanıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

Onun bildirdiyinə görə, gecə və səhər saatlarında Zaporojye, Sumı, Odessa, Jitomir və Kirovoqrad vilayətlərində enerji infrastrukturu, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərində isə dəmir yolları hədəfə alınıb. Donetsk və Kiyev vilayətlərinə də hücumlar həyata keçirilib.

Zelenski Rusiyanın enerji yarımstansiyalarına “Şahed” tipli PUA-larla zərbələr endirdiyini bildirib. O, həmçinin Ukraynanın müdafiə sistemlərinin fəaliyyətində yaranan çətinliklərə diqqət çəkib.

banner

Ukrayna liderinin iddiasına görə, cəbhə xətti boyunca və müvəqqəti işğal olunmuş ərazilərdə “Starshield” terminallarının iş sürətinə tətbiq edilən məhdudiyyətlər müdafiə dronlarının effektivliyinə təsir göstərir. Belə ki, Ukraynanın ələkeçirici PUA-ları saatda 161 kilometr sürəti keçdikdə operatorlarla əlaqəni itirir və bu səbəbdən Rusiyanın reaktiv “Şahed” dronlarını zərərsizləşdirməkdə çətinlik çəkir.

Əlaqəli Yazılar Xüsusi