Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın 400 kiloqramdan artıq zənginləşdirilmiş uran ehtiyatlarının hazırda harada saxlanıldığına dair dəqiq məlumata malik deyil.
Army.az xəbər verir ki, bu barədə agentliyin Vyanada yayımladığı İranla bağlı texniki hesabatda məlumat verilib.
Sənəddə vurğulanıb ki, mövcud materialların yeri və vəziyyəti barədə məlumatların əldə edilməməsi, eləcə də onların yoxlanılması məqsədilə müvafiq obyektlərə girişə icazə verilməməsi ciddi narahatlıq yaradır.
AEBA-nın hesabatında qeyd olunub ki, sözügedən nüvə materialları potensial olaraq hərbi məqsədlər üçün də istifadə oluna bilər. Agentlik yaranmış vəziyyətin mümkün qədər qısa müddətdə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
