Ev Hərbi XəbərlərTürkiyə Silahlı Qüvvələrində dəyişikliklər: Ali Hərbi Şura qərar verəcək

Türkiyə Silahlı Qüvvələrində dəyişikliklər: Ali Hərbi Şura qərar verəcək

by Baş Redaktor
11 Baxış

Türkiyədə Ali Hərbi Şura (YAŞ) bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə növbəti iclasını keçirəcək. Toplantıda Silahlı Qüvvələrin rəhbər heyəti ilə bağlı bir sıra vacib qərarların qəbul olunacağı gözlənilir.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İclas zamanı hərbi qulluqçuların vəzifəyə təyin edilməsi, təqaüdə göndərilməsi, həmçinin xidmət müddətlərinin uzadılması məsələləri müzakirə ediləcək. Eyni zamanda bəzi generalların, admiralların və polkovniklərin rütbə və vəzifələrinin artırılması, digərlərinin isə yeni vəzifələrə təyin olunması nəzərdən keçiriləcək.

Şura üzvləri yüksək rütbəli hərbçilərin şəxsi işlərini də dəyərləndirəcək. Qəbul edilən qərarlar Prezident Ərdoğanın təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.

banner

Bu il keçirilən iclasda ədliyyə naziri Akın Gürlek, daxili işlər naziri Mustafa Çiftçi və Quru Qoşunlarının komandanı Metin Tokel ilk dəfə Şuranın üzvü qismində iştirak edəcəklər.

Əlaqəli Yazılar Xüsusi